İranda baş verən zəlzələ Azərbaycanın sərhəd rayonlarında hiss olunub

Noyabrın 8-də İran ərazisində 6 bal gücündə zəlzələ olub.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdindəki Respublika Seysmoloji Xidmət Mərkəzindən  verilən məlumata görə, zəlzələ yerli vaxtla saat 02:47-də qeydə alınıb.

Ocağı 2 kilometr dərinlikdə yerləşən zəlzələ Azərbaycan ərazisinin sərhəd rayonlarında (Astara, Lənkəran, Lerik, Yardımlı, Masallı) hiss olunub.