Trampla Makron telefon danışığında bunları müzakirə ediblər

ABŞ prezidenti Donald Tramp fransız həmkarı Emmanuel Makronla telefon əlaqəsi yaradıb.

Bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.

Danışıq zamanı Suriya, İran, bir sıra ticarət məsələləri, o cümlədən 3-4 dekabrda Londonda keçiriləcək NATO sammiti müzakirə olunub.

Prezidentin NATO zirvəsindən əvvəl görüşəcəyi də gözlənilir.