Neftin ucuzlaşması davam edir

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair 2020-ci ilin yanvar müqaviləsinin dəyəri 0,46% azalaraq 1 barelə görə 62,98 dollar təşkil edib.

Nyu-Yorkun NYMEX əmtəə birjasında yanvarda ixrac etməklə WTI markalı neftin 1 barelinin dəyəri 0,22% azalaraq 57,98 dollar təşkil edib.