Neftin bahalaşması davam edir

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair 2020-ci ilin yanvar müqaviləsinin dəyəri 0,20% artaraq 1 barelə görə 61,04 dollar təşkil edib.

Nyu-Yorkun NYMEX əmtəə birjasında 2020-ci ilin yanvarında ixrac etməklə WTI markalı neftin 1 barelinin dəyəri 0,32% artaraq 56,14 dollar təşkil edib.