Trampa dəstək: Konqresmen “cinayətlərini sadalayacam” dedi və susdu

ABŞ Nümayəndələr Palatasının Respublikaçılar Partiyasından olan üzvü Rass Fulçer Donald Trampın impiçmenti ilə bağlı dinləmələr zamanı susmağa qərar verib.

“İnterfaks” xəbər verir ki, Fulçer bu addımı ABŞ Prezidenti Donald Trampa dəstək məqsədilə atıb.

 

“Qızğın müzakirələr apardığımız gündə çıxışım üçün mənə verilən vaxtdan istifadə edərək ABŞ Prezidentinin etdiyi bütün cinayətləri sadalamaq istəyirəm”, - çıxışının əvvəlində Fulçer deyib, daha sonra isə susub.

Bu yolla o, Trampın qanuna zidd olan heç bir əməli olmadığını göstərməyə çalışıb.