Poroşenkonun ofisində axtarışlar aparılıb

Ukraynanın keçmiş prezidenti Pyotr Poroşenkonun Kiyevdə yerləşən, rəhbəri olduğu “Avropa Həmrəyliyi” partiyasına məxsus ofisində axtarış aparılıb.

Bu barədə partiyanın rəsmi saytı məlumat yayıb.

 
Məlumata görə, axtarışlar cümə günü səhər saatlarında idmançı bədənli naməlum şəxslər tərəfindən aparılıb. Sonradan bu şəxslərin Ukrayna Dövlət Təhqiqat Bürosunun əməkdaşları olduğu üzə çıxıb.

Axtarış nəticəsində ofisdən televizorlar götürülüb. Ehtimal olunur ki, bu televizorlar Prezident administrasiyasına məxsus olub.