Stoltenberq: Putinlə şəxsən görüşməyə hazıram

Alyansla Moskva arasında münasibətlərdəki çətinlikləri müzakirə etmək üçün NATO Baş katibi Yens Stoltenberq Rusiya Prezidenti Vladimir Putinlə görüşməyə hazırdır.

DPA agentliyinə müsahibəsində Stoltenberq uyğun şərtlər olacağı halda Putinlə görüşməyə hazır olduğunu qeyd edib.

 
Onun sözlərinə görə, münasibətlərdə çətinlik olan dövrlərdə danışıqlar masası arxasında birlikdə əyləşmək vacibdir.

“Rusiya bizim ən böyük qonşumuzdur və bu belə də olacaq. Moskva ilə münasibətlər gələcəkdə yaxşılaşmasa belə, alyans bu cür münasibətləri idarə edə biləcək vəziyyətdə olmalıdır”, - Stoltenberq bildirib.