Stoltenberq Putinlə niyə görüşmək istəyir?

Rusiyalı senator Aleksey Puşkov NATO Baş katibi Yens Stoltenberqin Rusiya Prezidenti Vladimir Putinlə görüşmək istəyini bildirməsini taktiki manevr kimi qiymətləndirib.

“İzvestiya” xəbər verir ki, Puşkov Stoltenberqin təşəbbüsünün son dövrlərdə NATO-nun ümumi xəttinin əksinə hərəkət edərək Rusiya ilə dialoq tərəfdarı olan Fransa Prezidenti Emmanuel Makronla bağlı olduğunu qeyd edib.


“Məsələ görüşün nəyə görə baş tutmasındadır: NATO-nun artan hərbi aktivliyini gizlədən dialoq görüntüsü xatirinə, yoxsa gərginliyin azalması naminə? Belə təəssürat yaranır ki, görüntü naminə. Taktiki manevrdir”, - Puşkov qeyd edib.

Xatırladaq ki, 23 dekabrda DPA agentliyinə müsahibəsində NATO Baş katibi Yens Stoltenberq Moksva ilə alyans arasındakı çətinliklərin müzakirəsi üçün Rusiya lideri Vladimir Putinlə görüşmək istədiyini açıqlamışdı.