PKK Türkiyə əsgərlərinin üstünə uşaqları göndərir

Suriyanın Hasaka şəhərində Hol düşərgəsində əsir saxlanılan 100-dən çox əcnəbi uşağa zorla silahlı təlim verilir.

“Asas Media”nın məlumatına görə, bu barədə PKK/YPG terror təşkilatından qaçaraq Türkiyənin Mardin əyalətinin Kızıltəpə şəhərində hökumətə təslim olan terrorçu H.A. bildirib.

Onun sözlərinə görə, 12-14 yaş arasında olan kimsəsiz uşaqlar təlimdən sonra Türkiyə Silahlı Qüvvələri və Suriya Ordusuna qarşı istifadə edilmələri üçün Roj düşərgəsinə aparılırlar.

Təhlükəsizlik Qüvvələri bu vəziyyətin PKK/YPG terror təşkilatının ağır itkilər verdiyinin, zərərsizləşdirilən və qaçaraq təslim olan üzvlərinin yerinə yenilərini tapmaqda çətinlik çəkdiklərinin və dağılma nöqtəsinə gələn təşkilatın son çırpınışlarının bir sübutu olduğunu bildiriblər.