Neftin bahalaşması davam edir

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair 2020-ci ilin fevral müqaviləsinin dəyəri 0,3% artaraq 1 barelə görə 67,47 dollar təşkil edib.

Nyu-Yorkun NYMEX əmtəə birjasında fevralda ixrac etməklə WTI markalı neftin 1 barelinin dəyəri 0,41% artaraq 61,36 dollar təşkil edib.