Tramp: İranla döyüşmək istəmirəm

ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun Bağdaddakı ABŞ səfirliyinə hücumda ittiham etdiyi İranla döyüşmək istəmədiyini söyləyib.

Bu barədə “RİA Novosti” xəbər yayıb.

 
ABŞ prezidentinin fikrincə, bu, İran üçün yaxşı olmaz.
 
“Bunun baş verməsini gözləmirəm”, - deyə Tramp jurnalistlərin suallarını cavablandırıb.

Bundan əvvəl Ağ Ev rəhbəri ABŞ-ın İraqdakı səfirliyinə edilən hücumdan sonra İranı təhdid etmişdi.

“İran zərərçəkənlərə və ya obyektlərimizə dəyən ziyana görə bütün məsuliyyəti öz üzərinə götürəcək, çox yüksək qiymət ödəyəcək! Bu xəbərdarlıq deyil, bu bir təhdiddir”, - deyə Tramp “Twitter”də yazıb.