Tehrandan Trampın hədələrinə sərt cavab: “Cəsarəti çatmaz”

İran Silahlı Qüvvələrinin komandanı Əbdülrəhim Musəvi ABŞ Prezidenti Donald Trampın təhdidlərinə cavab verib.

 
IRIB xəbər verir ki, Musəvi ABŞ-ın bu cür konfliktə və İran ərazisindəki 52 obyektə zərbə endirməyə cəsarətinin çatmayacağını qeyd edib.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Trampın İranın ABŞ hərbçilərinə hücum edəcəyi halda, bu ölkədəki 52 hədəfə zərbə endiriləciyini açıqlamışdı.