Lavrov ABŞ-ın Yaxın Şərqdəki hərbi fəaliyyətini beynəlxalq hüquqa zidd adlandırıb

ABŞ-ın Yaxın Şərqdəki hərbi fəaliyyəti beynəlxalq hüquqa ziddir və region üçün ağır nəticələrə səbəb ola bilər.

Bu sözləri Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov pakistanlı həmkarı Şah Mahmud Qüreyşi ilə telefon danışığında deyib. Nazirliyin rəsmi saytı bu barədə məlumat yayıb.

Lavrov regionda baş verən son hadisələri şərh edərkən bildirib ki, dövlətlər arasında mövcud olan ixtilaflar danışıqlar masasında diplomatik sülh yolu ilə həll edilməlidir.