Astarada ər-arvadın faciəli ölümü ilə bağlı cinayət işi başlandı

Astara rayonunda bir ailənin iki üzvünün ölümü ilə bağlı cinayət işi başlanıb.

Hadisə şəhərin Səməd Vurğun küçəsində baş verib.

Həmin küçədəki mənzillərdən birində yaşayan 1958-ci il təvəllüdlü Səxavət Əhmədov və onun həyat yoldaşı, 1959-cu il təvəllüdlü Zərifə Əhmədova dəm qazından boğularaq ölüblər.

 
Faktla bağlı Cinayət Məcəlləsinin 314.2-ci (Səhlənkarlıq, eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanıb, istintaq davam etdirilir.//Trend