Onlarda koronavirus aşkar edilməyib

Çinin Uxan şəhərindən Türkiyəyə təxliyyə edilən şəxslərdə ilkin təhlillərin nəticələrinə əsasən yeni növ koronavirus aşkar edilməyib.

 Türkiyə KİV-lərinin verdiyi məlumata görə, bunu Türkiyənin səhiyyə naziri Fahrettin Koca deyib.

Onun sözlərinə görə, təxliyə edilən 61 nəfərdən götürülən nümunələr üzrə testlərin tam nəticələri fevralın 3-ü bilinəcək.

Xatırladaq ki, ötən gün axşam saatlarında yeni növ koronavirusun yayıldığı Uxan şəhərindən Türkiyə, Azərbaycan, Gürcüstan və Albaniya vətəndaşlarını təxliyyə edən təyyarə Ankarada eniş edib. Təxliyyə edilən şəxslər və təyyarənin heyəti karantinə yerləşdirilib.