NATO Türkiyəyə dəstək verəcəyini açıqladı

NATO Ankaranın hərbi möhkəmləndirmələr apardığı İdlibdəki vəziyyətdən asılı olmayaraq Türkiyəyə, xüsusən hava hücumundan müdafiə sahəsində dəstək verir.

Bunu NATO-nun baş katibi Yens Stoltenberq Şimali Atlantika Şurasının müdafiə nazirləri səviyyəsində ilk iclası sonrası deyib.

Y.Stoltenberq deyib ki, Türkiyə NATO-nun üzvüdür və NATO Türkiyədədir və bizdə ciddi narahatlığa səbəb olan İdlibdəki vəziyyətdən asılı olmayaraq havadan müdafiə sahəsində bir sıra dəstək tədbirləri ilə təmin edirik.

 
Qeyd edək ki, Türkiyə ordusu bir müşahidə postunu atəşə tutduqdan sonra Suriya silahlı qüvvələrinin 115 hədəfinə zərbələr endirib.

Məlumata görə, zərbələr nəticəsində 101 Suriya əsgəri zərərsizləşdirilib.//trend