Türkiyə Suriyanın qondarma “erməni soyqırımı” barədə qətnaməsini qınayıb

Türkiyə Suriyanın qondarma “erməni soyqırımı” barədə qətnaməsini qınayıb.

Bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Bəyanatda bildirilir: "Suriya rejiminin bu gün qəbul etdiyi və 1915-cil il hadisələrini qondarma "soyqırım" kimi tanıyan qətnaməsi bizə çox şeyi aydınlaşdıran bir nümunədir. Bu, uzun illər öz xalqına, o cümlədən uşaqlara qarşı qırğınlar törətmiş, milyonlarla insanı evlərini tərk etməyə məcbur buraxmış və kimyəvi silahdan istifadə etmiş rejimin riyakarlığının göstəricisidir".

 
Bəyanatda həmçinin qeyd edilir ki, Suriya rejiminin məsuliyyət daşıdığı humanitar dram hələ də davam edir, Türkiyə və Suriya sərhədlərində tarixin ən ciddi fəlakətlərindən biri baş verir.