Virus səbəbindən ölənlər isə 2007 nəfərə çatıb

Çində yeni tip koronavirusa (COVID-2019) yoluxanların sayı 74 min 279, bu virus səbəbindən ölənlər isə 2007 nəfərə çatıb.

Çin Dövlət Səhiyyə Komitəsi xəbər verir ki, virusa yoluxmaqda şübhəli bilinənlərin sayı 5 min 248 nəfər, sağalıb xəstəxananı tərk edənlərin sayı 14 min 387 nəfərdir, 12 minə yaxın xəstənin vəziyyəti ağırdır. Səlahiyyətli qurumlar virusa yoluxanlarla yaxın təmasda olmuş 574 min nəfəri müəyyən edib, onlardan 135 mini həkim nəzarətinə alınıb.

Ötən sutka ərzində koronavirusa ən çox yoluxma (1693 nəfər) və ölüm (132 nəfər) virusun episentri olan Xubey vilayətində qeydə alınıb.