Türkiyə İdlibdə 33 şəhid verdi

İdlibdə Türkiyə Silahlı Qüvvələrinin hava hücumuna məruz qalması nəticəsində 33 hərbi qulluqçu şəhid olub.

Yerveinsan.az Anadolu agentliyinə istinadən xəbər verir ki, bu barədə Hatay valisi Rahmi Doğan bildirib.

Millətinə başı sağlığı verən vali ağır yaralanan hərbçilərdən bir neçə nəfərinin dünyasını dəyişərək şəhid olduğunu vurğulayıb.