OPEC və qeyri-OPEC ölkələrinin nazirlərinin görüşü bazar ertəsi keçiriləcək

Videokonfrans formatında keçiriləcək görüşə Azərbaycan da dəvət alıb

 

Azərbaycan neft bazarının sabitləşdirilməsi məqsədilə aprelin 6-da videokonfrans formatında keçiriləcək OPEC və qeyri-OPEC ölkələrinin nazirlərinin görüşünə dəvət alıb.

Energetika Nazirliyindən  bildirilib ki, görüşdə bütün qeyri-OPEC ölkələrinin nazirlərinin iştirakı və yeni “Əməkdaşlıq Bəyannaməsi”nin müzakirəsi nəzərdə tutulur.

Bu görüş ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə aparılan danışıqlardan sonra Səudiyyə Ərəbistanı Krallığının çağırışı ilə keçirilir.