Ərazilər bu tarixdə qaytarılacaq: müharibə... - DƏQİQ TARİX

Kiyev Donbası beş il sonra qaytara biləcək.

"RİA-Novosti” agentliyi xəbər verir ki, bu haqda Ukraynanın yeni seçilmiş prezidenti Vladimir Zelenskinin müdafiə və təhlükəsizlik məsələləri üzrə məsləhətçisi İvan Aparşin bildirib.

Aparşin qeyd edib ki, əgər Zelenski administrasiyası Donbasın qaytarılmasına 5 il müddətində nail olmağı hesablayırsa, Krım məsələsinin həlli daha uzaq perspektivdir.

"Mən bu gün bizim ərazilərimizin hərbi yolla qaytarılması imkanlarını görmürəm”, - o əlavə edib.

Aparşin deyib ki, münaqişənin güc yolu ilə həllinə cəhd partnyorları Ukraynadan üz çevirməyə məcbur edəcək.

Qeyd edək ki, Ukraynada hakimiyyət dəyişikliyindən sonra - 2014-cü ilin aprelində ölkənin şərqində hərbi əməliyyatlar başlanıb. Döyüş əməliyyatlarının gedişatında Ukrayna Donetsk və Luqansk vilayətlərinin bir hissəsinə nəzarəti itirib.

Kiyev Rusiyanın Donbas separatçılarına aktiv dəstək göstərdiyini və burada Rusiyanın nizami ordusunun olduğunu bildirir, Moskvanı hərbi müdaxilədə ittiham edir.

Moskva isə münaqişə tərəfi olmadığını iddia edir./publika.az