Neftin qiyməti bahalaşır

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair 2020-ci ilin iyun müqaviləsinin dəyəri 2,15% artaraq 1 barelə görə 27,05 dollar təşkil edib.

 Nyu-Yorkun NYMEX əmtəə birjasında iyunda ixrac etməklə WTI markalı neftin 1 barelinin dəyəri 3,61% artaraq 19,52 dollar təşkil edib.