2015-ci ildə "Günəşli" yatağındakı faciədə itkin düşən iki neftçinin meyiti tapılıb

2015-ci il dekabrın 4-də "Günəşli" yatağındakı 10 saylı Dərin Dəniz Özülündə baş vermiş qəza zamanı itkin düşmüş iki nəfərin meyiti dənizdən tapılıb.

SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov bildirib ki, Xəzər dənizində boru kəmərlərinin monitorinqi həyata keçirilən zaman 190 metr dərinlikdə kəmərin alt hissəsində iki insan meyiti aşkarlanıb.

Onun sözlərinə görə, tapılan meyitlər 1954-cü il təvəllüdlü Əbdüləzizov Əbdüləziz İsmayıl oğluna və 1973-cü il təvəllüdlü Əliyev Əyyub Xəlil oğluna məxsusdur:

 
"Meyitlərin üstündə mərhumların şəxsiyyət vəsiqələri, habelə ailələrinin rəyləri də onların kimliyini təsdiqləyib. Boru kəmərinin inspeksiya işləri tam dayandırılıb, meyitlər bir neçə gün ərzində olduğu kimi 190 metr dərinlikdən müvafiq avadanlıqlarla çıxarılaraq, Su Nəqliyyatında Baş Polis İdarəsinə təhvil verilib. Hazırda ölüm faktı təsdiqlənən həmkarlarımıza və bütün Günəşli faciəsi qurbanlarına bir daha Allahdan rəhmət diləyirik".//Trend