İstehlak kreditləri 4,1 faiz azalıb

Cari ilin yanvar-aprel aylarında ölkədə kredit portfeli 1,9 faiz artıb.

Yerveinsan.az xəbər verir ki, bu barədə Mərkəzi Bankın sədri Elman Rüstəmov mayın 13-də keçirdiyi mətbuat konfransında deyib.


O bildirib ki, artımın əsas mənbəyi biznes kreditləri olub. Bu müddətdə ipoteka kreditləri 4,1 faiz artıb, istehlak kreditləri isə 4,1 faiz azalıb.


"Banklar tərəfindən 4,1 mlrd. manat yeni kreditlər verib. Bank sektoru real sektorun maliyyələşməsində aktiv iştirak edir. 8 mlrd. manatdan yuxarı likvid vəsait var, bankların öhdəliklərinin icrasında problem müşahidə olunmur. Banklar vaxtında öhdəlikləri yerinə yetirir. Ödəniş sistemi stabildir”, - deyə E. Rüstəmov qeyd edib.