Prezident İlham Əliyevlə “Microsoft” şirkətinin vitse-prezidenti və digər nümayəndələri arasında videokonfrans keçirilib

İyunun 16-da “Microsoft” şirkətinin təşəbbüsü ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə şirkətin vitse-prezidenti Filip Roq, Mərkəzi və Şərqi Avropa bölgəsinin korporativ əlaqələr və hüquqi məsələlər üzrə rəhbəri Nanna-Louise və “Microsoft” şirkətinin digər nümayəndələri arasında videokonfrans keçirilib.

Azərbaycan Prezidentinin Mətbuat Xidmətindən  verilən məlumata görə, videokonfransda Azərbaycan tərəfdən Prezidentin köməkçisi Şahmar Mövsümov, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirli Ramin Quluzadə iştirak ediblər.