Hüquq ictimaiyyətinə ağır itki

Təcürbəli vəkil, fəxri hüquq doktoru Həsən Vəkilov (Sultanov) dünyasını dəyişib.

Vəkilov (Sultanov) Həsən Əli bəy oğlu 01.01.1936-cı il tarixdə Naxçıvan MR-nın Şərur Rayonu, Danzik kəndində anadan olub.

Həsən Vəkilov represiyya dönmələrində Vəkilovlar nəslinə qarşı aparılan ağır represiya vaxtı babası Sultan bəy Vəkilovun adını özünə soyad kimi götürərək Sultanov soyadı götürmüşdür.

Həsən Vəkilov (Sultanov) İbtidai təhsilini Danzik kənd Orta məktəbində alıb.1943/1945-ci illərdə Ordubad pedeqoji Texnikomunu bitimişdir. Bundan sonra Şərur Rayonu Danzik kəndində orta məktəbdə ibtidai sinif müəllimi kimi 4 il çalışıb.

12 iyul 1963-cü il tarixdə Lenin adına Pedeqoji İnstitutunu, 1968-ci ildə isə Bakı Dövlət Universitetinin hüquq fakultəsini Qırmızı diplomla bitimişdir.

16 fevral 1972-ci il tarixdə Azərbaycan SSR-nin Baş Prokurluğunun əmri (№37) ilə prokurorluğ orqanına xidmətə qəbul edilmişdir.

Azərbaycan SSR-nin Baş Prokurluğunun 28.07.1972-ci il tarixli əmri (№230) ilə Naxçıvan MSSR-in Baş Prokurorluğunun baş müstəntiqi vəzifəsinə qəbul edilmişdir.

Təltifləri

1)27.01.1974-cü il tarixdəAzərbaycan SSR Baş Prokuroru Abbas Zamanovun (№131) əmri ilə nümunəvi xidmətinə görə Qızıl Qol saatı ilə təltif edilib.

2) 15 may 1996-cı il tarixdə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Reyasət Heyətinin qərarı (Qərar №4) ilə Azərbaycan Vəkilliyinin 78-ci ildönümü ilə bağlı “İnsan hüquqlarının müdafiəsindəki xidmətlərinə görə” fəxri hüquq doktoru adı verilmişdir.

14.09.1976-cı il tarixdən Azərbaycan SSR-nin Vəkillər Kollegiyasının Reyasət Heyətinin üzvlüyə qəbul olmuşdur. 1977-ci il tarixdən vəkkilik fəaliyyətinə Saaatlı Rayon Hüquq Məsləhətxanasının (əmr №5) müdiri vəzifəsinə təyin edilib. 06 may 1983-cü il tarixdən Bakı Şəhəri 3 saylı Hüquq Məsləhətxanasının müdiri vəzifəsinə təyin edilmişdir. 2004/2011-ci illərdə isə 13saylı Hüquq Məsləhətxanasının müdiri vəzifəsində çalışmışdır.

Atası vəkilovlar nəslinin məhək daşlarından biri Vəkilov Əli bəy Sultan bəy oğlu 1937-ci ildə bəy nəsli olduğu üçün Qazaxıstana sürgün edilmək adı ilə aparılaraq Ermənistan SSR ərazisində gülələnmişdir.

Həsən Vəkilovun 4 övladı var Zülfüqar, Sevda, Sultan, Nisə.
Vəkilov (Sultanov)Həsən Əli bəy oğlu 27 iyun 2020-ci il tarixdə dünyasını dəyişmişdir.

Müvəkkil Hüquq Mərkəzinin mətbuat xidməti.