Azərbaycan və Türkiyə aviasiya vasitələri Gəncə üzərində birgə uçuşlar keçirəcək

Bakı şəhərinin azad olunmasının 102-ci ildönümü ilə əlaqədar sentyabrın 15-də saat 14.00-dan etibarən Gəncə şəhəri üzərində Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələri aviasiya vasitələrinin nümunəvi uçuşları keçiriləcək.

Müdafiə Nazirliyindən  verilən məlumata görə, uçuşlara hər iki ölkənin döyüş təyyarələri və helikopterləri cəlb olunacaq.