Bakı-Tbilisi-Ceyhan kəməri ilə indiyədək 424 milyon ton Azərbaycan nefti daşınıb
İndiyə qədər Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə Türkiyə və dünya bazarlarına təkcə Azərbaycanın təxminən 424 milyon ton nefti nəql edilib.
Bu barədə energetika naziri Pərviz Şahbazov deyib.
Qeyd edək ki, 1768 kilometr uzunluğa malik BTC boru kəməri 2006-cı ilin iyunundan istismardadır. Hazırda BTC boru kəməri Azərbaycandan əsasən “Azəri-Çıraq-Günəşli” (AÇG) nefti və “Şahdəniz” kondensatı daşıyır. Bundan əlavə, boru kəməri vasitəsilə digər xam neft və kondensat həcmləri də, o cümlədən Türkmənistan, Rusiya və Qazaxıstan nefti nəql olunur.
“BTC Co.”nun səhmdarları belədir: BP 30,1 faiz, “AzBTC” 25 faiz, MOL 8,9 faiz (bu il aprelin 16-dan “Chevron” şirkətini əvəz edib), “Equinor” 8,71 faiz, “TPAO” 6,53 faiz, “Eni” 5 faiz, “Total” 5 faiz, “Itochu” 3,4 faiz, “Inpex” 2,5 faiz, “ExxonMobil” 2,5 faiz və “ONGC (BTC) Limited” 2,36 faiz.