İlin əvvəlindən Ceyhan terminalından nəql edilən AÇQ neftinin həcmi açıqlanıb
Türkiyənin "BOTAŞ International Limited" (BIL) şirkəti bu günədək Ceyhan neft terminalından 3,572 milyard barel neft nəql edib.
Yerveinsan.az bu barədə şirkətə istinadən məlumat verir.
Bu günədək terminaldan "Azəri-Çıraq-Günəşli" (AÇQ) yatağından neft daşıyan 4 661 tanker yola salınıb.
2021-ci ilin əvvəlindən Ceyhan neft terminalından 2 AÇQ nefti daşıyan tanker və ya 1,73 milyon tona yaxın neft yola salınıb.