Azərbaycanın xarici işlər naziri ABŞ-ın ölkəmizdəki səfiri ilə görüşüb

Fevralın 15-də xarici işlər naziri Ceyhun Bayramovun Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfiri Örl Litzenberqer ilə görüşü keçirilib.

Xarici İşlər Nazirliyindən bildirilib ki, görüşdə tərəflər bölgədəki cari vəziyyəti, o cümlədən üçtərəfli bəyanatın icrası ilə bağlı məsələləri müzakirə ediblər.

İkitərəfli əməkdaşlıq gündəliyi üzrə ətraflı fikir mübadiləsi aparılıb, Azərbaycan-ABŞ münasibətlərinin daha da irəlilədilməsi məsələsi müzakirə olunub.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.