Xocalı soyqırımı XX əsrin ən ağır cinayətidir - Türkiyə parlamentinin sədri

Bu gün Türkiyə Böyük Millət Məclisində Xocalı soyqırının anım mərasimi keçirilib.

Mərasimdə TBMM-in sədri Mustafa Şentop çıxış edərək Xocalı soyqırımının XX əsrin ən ağır cinayəti olduğunu bildirib.

M.Şentop bildirib ki, ermənilər həmin gün günahsız insanları, o cümlədən yaşlıları, qadınları, uşaqları qəddarlıqla öldürməklə öz vəhşiliklərini dünyaya göstərdilər: “Xocalı soyqırımı XX əsrin ən ağır cinayətlərinin önündə gəlir”.

M.Şentop vurğulayıb ki, ermənilər vəhşiliklərinə görə dünyada ilk yerdə durur: “İnsanlıq tarixinə ləkə olan bu qətliamı dünyaya tanıtmaqda Azərbaycanın yanında olacağıq. Millətimizə yönəlmiş kampaniyalar o qədər artıb ki, haqlı durumda olduğumuz halda haqsız duruma düşmüşük. Ona görə də bu soyqırımı bütün dünyaya tanıtmalıyıq”.//Trend