Füzulidə azad olunan ərazilərdən xeyli sayda silah-sursat aşkarlanıb

İşğaldan azad edilmiş ərazilərdə polis əməkdaşları tərəfindən silah-sursatların aşkar edilməsi məqsədi ilə profilaktiki tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Füzuli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş növbəti belə tədbir zamanı rayonun işğaldan azad edilmiş ərazilərindəki tərk olunmuş hərbi mövqelərdən 11 ədəd avtomat, 5 ədəd qumbaraatan, 1 ədəd pulemyot, 1 ədəd minaatan komplekti, 1 ədəd “Foqot” markalı tank əleyhinə raket, 11 ədəd əl qumbarası, 23 ədəd avtomat darağı, 6804 ədəd müxtəlif çaplı güllələr və digər döyüş sursatları aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.