Bakı-Naxçıvan reysini həyata keçirən təyyarə plandankənar eniş edib

Saat 07:22-də Bakıdan Naxçıvana uçuş edən "Azərbaycan hava Yolları|AzAL (milli aviadaşıyıcı)'>Azərbaycan hava Yolları|AzAL (milli aviadaşıyıcı)"na məxsus Airbus A319 təyyarəsinin kapitanı Bakı hava limanına qayıdaraq eniş etməyi xahiş edib.

AZAL-dan verilən məlumata görə, təyyarənin plandankənar enməsinə texniki nasazlıq (kondisioner sistemində problem) səbəb olub.

Bakı vaxtı ilə saat 08:01-də təyyarə Heydər Əliyev Beynəlxalq Aeroportunda uğurlu eniş edib.

 
hava gəmisinin göyərtəsində 122 sərnişin olub. Onlar Naxçıvan şəhərinə digər təyyarə ilə göndəriləcəkdir.