AÇG və Şahdəniz üzrə gəlirlər açıqlandı
Azəri-Çıraq-Günəşli (AÇG) və Şahdəniz üzrə 01 İyun 2022-ci il tarixinə olan gəlirlər açıqlanıb.
Azərbaycan Respublikası Dövlət Neft Fondundan bildirilib ki, AÇG yatağından (01.01.2022-01.06.2022 tarixinə) 3 828 mln. ABŞ dolları, Şahdəniz yatağından (qaz və kondensat - 01.01.2022-01.06.2022 tarixinə) 526,537 mln. ABŞ dolları gəlir əldə olunub.
O cümlədən, Şahdəniz yatağı üzrə kondensatın satışından əldə olunan gəlirlər (01.01.2022-01.06.2022 tarixinə) 144,522 mln. ABŞ dolları təşkil edib.