İsmayıllıda 1 tondan artıq narkotik tərkibli bitki məhv edilib (FOTO)

İsmayıllı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2022” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbir nəticəsində Xanagah kəndi ərazisində yabanı halda bitmiş narkotik tərkibli bitkilər aşkar edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, ümumi çəkisi 1 ton 295 kiloqram olan 1850 ədəd çətənə kolu kökündən çıxarılıb və yandırılaraq məhv edilib.