Binəqədi rayonunda quldurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb

Binəqədi Rayon Polis İdarəsinin 5-ci polis bölməsinə iyunun 26-da saat 2 radələrində S.S.Axundov küçəsində üç nəfərin Bakı şəhər sakini H.Şükürovu döyüb bıçaqla hədələyərək 80 manat məbləğində pulunu və mobil telefonunu talamaları barədə müraciət daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Saatlı rayon sakinləri F.Yarıyev, M.İmanov və Şirvan şəhər sakini İ.Eldar oğlu müəyyənləşdirilərək saxlanılıblar.

Faktla bağlı rayon polis idarəsində təhqiqat davam edir.