Şimal və qərb rayonlarında qeyri-sabit hava şəraiti iyulun 5-dək davam edəcək

İyulun 3-ü səhərədək Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi əsəcək, sürəti saniyədə 15-18, arabir 20-23 metr olacaq. İyulun 2-si gündüz yarımadanın bəzi yerlərində arabir 25-28 metr/saniyəyədək güclənəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, iyulun 5-dək əsasən şimal və qərb rayonlarında qeyri-sabit hava şəraitinin davam edəcəyi, bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı proqnozlaşdırılır. Qərb küləyi əsəcək, sürəti 15-20, arabir 23 metr/saniyə olacaq. İyulun 2-də ayrı-ayrı yerlərdə arabir saniyədə 25-30 metrədək güclənəcək.

Çaylarda sululuğun artacağı ehtimal olunur.