Bərdə rayonunda narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən keçmiş məhkumlar saxlanılıblar

Bərdə Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxslər saxlanılıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan bildiriblər ki, daxil olmuş məlumatlar əsasında keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakinləri, əvvəllər məhkum olunmuşlar Emin Qəhrəmanov və Anar Əhmədov saxlanılıblar. E.Qəhrəmanovun evindən 48 qramdan çox heroin, 24 qramdan artıq metamfetamin və marixauana, A.Əhmədovun evindən isə külli miqdarda heroin və metamfetamin aşkarlanaraq götürülüb.

Faktlarla bağlı rayon polis şöbəsində araşdırmalar davam etdirilir.