Azərbaycan Ordusunun hərbçisi Kəlbəcərdə minaya düşüb
İyulun 26-sı axşam saatlarında Kəlbəcər rayonu ərazisində mina partlayışı baş verib.
Müdafiə Nazirliyindən verilən məlumata görə, mina partlayışı nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu İsbəndiyarov Vüqar Tofiq oğlu xəsarət alıb.
Bildirilib ki, o, dərhal hərbi tibb müəssisəsinə təxliyə edilib.

