Lənkəranda həkimin intiharı ilə bağlı cinayət işi başlanıb

Lənkəranda həkimin intiharı ilə bağlı cinayət işi başlanıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən  bildirilib ki, Lənkəranda şəxsin özünü asaraq intihar etməsi faktı ilə bağlı cinayət işi başlanıb.

Avqustun 21-də Lənkəran şəhər sakini, 1989-cu il təvəllüdlü Müşfiq Bağırovun tikilməkdə olan evinin ikinci mərtəbəsində tavandan özünü asaraq intihar etməsi faktı ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

Qeyd edək ki, Müşfiq Bağırov stomatoloq işləyirdi.