İrandan Azərbaycana 15 kiloqramdan artıq narkotik keçirilməsinin qarşısı alınıb
Dövlət Sərhəd Xidməti və Dövlət Gömrük Komitəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin və tütün məmulatlarının qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.
Dövlət Sərhəd Xidmətindən verilən məlumata görə, avqust ayının 23-də saat 23:10-da “Astara” sərhəd nəzarət şöbəsinin və Cənub Ərazi Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən İrandan Azərbaycana keçərkən İİR vətəndaşı 1981-ci il təvəllüdlü Babaei Kousalari Sadegh Samadin idarə etdiyi “Dong-Feng” markalı 38-D-43910 dövlət nömrə nişanlı yük avtomobilinə birgə baxış keçirilərkən nəqliyyat vasitəsinin salonunda gizlədilmiş təxmini çəkisi 15 kq 64 qram narkotik vasitəyə bənzər maddələr (4085 qram “metamfetamin”, 7800 qram “heroin”, 2129 qram “tiryək”, 1050 qram “marixuana”) və 920 qutu “KENT” markalı siqaretlər aşkar olunaraq götürülüb.
Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

