Sabah 37 dərəcəyədək isti olacaq

Avqustun 27-də Bakıda və Abşeron yarımadasında yağmursuz olacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, cənub-şərq küləyi əsəcək.

Abşeron yarımadasında gecə 19-23° isti, gündüz 32-36° isti olacaq. Bakıda gecə 20-22° isti, gündüz 33-35° isti olacaq.

Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu təşkil edəcək.

Nisbi rütubət gecə 60-70 %, gündüz 35-45 % olacaq.

Abşeron çimərliklərində mülayim cənub-şərq küləyi əsəcək.

Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 25-26° isti, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 26-27° isti olacaq.

Azərbaycanın rayonlarında əsasən yağmursuz olacaq. Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 18-23° isti, gündüz 32-37° isti, dağlarda gecə 10-15° isti, gündüz 20-25° isti olacaq.