Bakıda "Mehnur"  loqopedik mərkəzində uşaqlara işgəncə verilməsini əks etdirən görüntülər yayılıb

Sosial şəbəkələrdə Bakıdakı reabilitasiya mərkəzində uşaqlara işgəncə verilməsi ilə bağlı videogörüntülər paylaşılıb.

Yerveinsan.az bildirir ki, Trend-in məlumatına görə, görüntülərdə uşaqların saçları yolunur, müxtəlif fiziki zorakılıqlara məruz qalırlar.

Hadisənin Nizami rayonu ərazisində metronun “Neftçilər” stansiyasının yaxınlığında yerləşən "Mehnur" reabilitasiya mərkəzində qeydə alındığı bildirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildiriblər ki, məsələ artıq nəzarətə götürülüb: “Hazırda faktla bağlı araşdırma aparılır. Araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək”.