Polis Bakıda əməliyyat keçirdi, 64 nəfər saxlanıldı

Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı polis əməkdaşları tərəfindən mübarizə tədbirləri davam etdirilir.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, keçirilən tədbirlərə paytaxtın rayonları üzrə 64 nəfər saxlanılaraq məsuliyyətə cəlb edilib.

Onlardan 48 nəfər cinayət, 14 nəfər barəsində inzibati icraat işi açılıb.