Tarix İnstitutunun sturukturu təkmilləşdirilir

Tarix İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib.

İnstitutdan bildirilib ki, iclasda elmi fəaliyyətin optimal təşkili və elmi potensialdan daha səmərəli istifadə məqsədilə qismən struktur dəyişikliyi haqqında qərar qəbul edilib. Bu dəyişikliklər zamanı mövcud strukturun təkmilləşdirilməsi, yeni elmi şöbələrin təşkili ilə birgə, Azərbaycan tarixinin hazırda xüsusi aktuallıq kəsb edən problemləri üzrə elmi qrupların yaradılmasına üstünlük verilib.

Elmi şuranın qərarı ilə qəbul edilən qismən struktur dəyişikliyi nəticəsində Tarix İnstitutunda elmi-tədqiqatların aparılması aşağıdakı kimi strukturlaşdırılıb:

1. Əliyevşünaslıq şöbəsi;

2. Tarixin nəzəriyyəsi, tarixşünaslıq və mənbəşünaslıq şöbəsi;

3. Qədim dövr tarixi şöbəsi;

4. Atropatena-Albaniya tarixi şöbəsi;

5. Azərbaycanın VII-XIV əsrlər tarixi şöbəsi;

6. Azərbaycanın XV-XVIII əsrlər tarixi şöbəsi;

7. Şimali Azərbaycanın XIX-XX əsrin əvvəlləri tarixi şöbəsi;

8. Azərbaycan Xalq Cümhuriyyəti tarixi şöbəsi;

9. Sovet dövrü şöbəsi;

10. Azərbaycan Respublikasının tarixi şöbəsi;

11. Azərbaycanın beynəlxalq əlaqələr tarixi;

12. Ümumi tarix şöbəsi.

Həmçinin müvafiq şöbələr daxilində mütəxəssisləri birləşdirən “Qarabağın alban etno-siyasi və mədəni irsi”, “Azərbaycan xalqına qarşı soyqırımı: tarixi və konsepsiyası”, “Azərbaycan diasporunun tarixi”, “Azərbaycanın tarixi coğrafiyası”, “Azərbaycanın tarixi demoqrafiyası”, “Azərbaycanın hərb tarixi”, “Azərbaycan Respublikasının milli siyasəti”, “Ermənistanda Azərbaycan etno-mədəni irsi (1918-ci ildən bizim günlərədək)” adlı elmi qruplar təşkil edilib.