Dövlət sərhədini pozmağa cəhd göstərən 7-si azyaşlı olmaqla, səkkiz nəfər Azərbaycan vətəndaşı saxlanılıb

Oktyabrın 3-də saat 03:30-da Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Şəmkir” sərhəd dəstəsinin Ağstafa rayonunun Sadıqlı kəndi ərazisində yerləşən sərhəd zastavasının xidməti sahəsində sərhəd naryadı tərəfindən Gürcüstan Respublikasından Azərbaycan Respublikası istiqamətində naməlum şəxslər tərəfindən dövlət sərhədinin pozulması müşahidə edilib.

DSX-nin mətbuat mərkəzindən bildiriblər ki, sərhəd zastavası dərhal “Silaha” komandası ilə qaldırılıb, ərazi qapadılıb və dövlət sərhədini pozmağa cəhd göstərən 7-si azyaşlı olmaqla, səkkiz nəfər Azərbaycan vətəndaşı saxlanılıb.

Araşdırma zamanı saxlanılan şəxslərin dilənmək məqsədilə dövlət sərhədindən qanunsuz keçməyə cəhd göstərdikləri məlum olunub.

Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam еtdirilir.