31 ticarət və ictimai iaşə müəssisəsində nöqsanlar müəyyən olunub
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlakçı hüquqlarının qorunması, eyni zamanda qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri davam etdirir.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən verilən məlumata görə, agentliyin əməkdaşları respublika ərazisində qida sahəsində fəaliyyət göstərən 40 ticarət müəssisəsi və 22 ictimai iaşə müəssisəsində həyata keçirilən monitorinqlər zamanı ümumilikdə 31 müəssisədə nöqsanlar müəyyən edib. Bu müəssisələrdə obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçirilməməsi ilə bağlı 28, baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu ilə bağlı 16 nöqsan aşkar olunub. Aşkar edilən nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb.
Yoxlama nəticəsində obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçirilməməsi, baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu ilə bağlı nöqsanlar aşkar edilən müəssisələrin siyahısı ilə aşağıdakı linkdə tanış olmaq olar: http://afsa.gov.az/az/media/news_details/3408

