Azərbaycanda 90 nəfər koronavirusa yoluxub

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına son sutkada 90 yeni yoluxma faktı qeydə alınıb, 129 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə verilən məlumata görə, analiz nümunələri müsbət çıxanlar arsında vəfat edən olmayıb.