Bakıda gender bərabərliyi və yerli idarəetmə mövzusunda ikigünlük təlim keçirilib

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Avropa İttifaqının birgə təşkilatçılığı ilə “Azərbaycan bələdiyyələrində gender bərabərliyi komissiyaları üçün gender bərabərliyi və yerli idarəetmə” mövzusunda ikigünlük təlim baş tutub.

Bu barədə Dövlət Komitəsindən məlumat verilib.

Təlimdə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova, Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin mütəxəssisi Məryəm Hacı-İsmayılova, Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının icraçı katibi Tofiq Həsənov açılış nitqləri ilə çıxış ediblər.

Təlimin keçirilməsində məqsəd bələdiyyələrdə gender komissiyalarının fəaliyyətinin təkmilləşdirilməsi və daha səmərəli qurulması, yerli idarəetmənin genderə həssas yanaşma və gender bərabərliyi prinsipləri üzərində qurulmasının təşviqi, bələdiyyələrin gender bərabərliyi sahəsində maarifləndirilməsi olub.