Salyan rayonunda zəlzələ olub

Oktyabrın 10-da Şirvan seysmolojı stansiyasından 8 kilometr cənubda Salyan rayonunun ərazisində zəlzələ qeydə alınıb.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib ki, yerli vaxtla saat 06:23-də qeydə alınan zəlzələnin ocağı 10 kilometr dərinlikdə yerləşib.

Zəlzələnin maqnitudası 3.5-ə bərabər olub.